İranın güləş millisinə viza verilmədi

27.01.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın sərbəst və yunan-Roma güləşi üzrə milli komandaları viza verilməməsi səbəbindən Xorvatiyada keçiriləcək reytinq turnirində iştirak edə bilməyəcək.

İdman.Biz xəbər verir ki, Dünya Güləş Federasiyasının turnirin iştirakçıları ilə bağlı yaydığı rəsmi siyahıda İran güləşçilərinin, o cümlədən dünya və olimpiya çempionu Həsən Yəzdaninin adlarına yer verilməyib.

Qeyd olunur ki, bu yarışlar İran milli komandalarının texniki heyəti üçün mühüm əhəmiyyət daşıyırdı. Bundan başqa, reytinq xarakterli bu yarışlar dünya çempionatı üçün güləşçilərin mövqeyinə birbaşa təsir göstərdiyindən, burada toplanacaq xallar İran təmsilçiləri üçün vacib hesab olunurdu.

Mənbənin məlumatına əsasən, Dünya Güləş Federasiyası ilkin siyahıdan iranlı güləşçilərin adlarını çıxarsa da, İran Güləş Federasiyasının rəhbərliyi viza məsələsinin həlli üçün ölkənin Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlarla intensiv danışıqlar aparıb. Lakin bu səylər indiyədək nəticə verməyib.

Qeyd edək ki, Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Kuboku uğrunda keçiriləcək beynəlxalq yarış üçün də İran komandasına viza verilməyib. Güləş Federasiyası bir ay əvvəl sərbəst güləşçilər üçün Rusiya vizalarının alınması üçün inzibati prosedurlara başlasa da, Rusiya səfirliyi nəticədə İran komandasına bu yarışlarda iştirak etmək üçün viza verməkdən imtina edib.

Viza verilməməsinə səbəb göstərilməsə də, İrandakı son hadisələrdən qaynaqlandığı ehtimal edilir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью