İranın Gülüstan meşələrində yanğın davam edir

16.11.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

İranın Gülüstan əyalətinin meşələrində bir neçə gün əvvəl başlayan yanğınlar davam edir.

Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, ilkin olaraq yanğının miqyası böyük hesab edilməsə də, külək alovun yayılmasına səbəb olub.

Məlumata görə, Qızıl Aypara Cəmiyyətinin göndərdiyi iki qrup - ümumilikdə doqquz xilasedici - ərazidə işləyir. Ölən və yaralananlarla bağlı məlumat yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью