Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Seyid Əli Mocani Tiflis küçələrindən birində sahibsiz itlərin hücumuna məruz qalıb
İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani Tiflis küçələrindən birində sahibsiz itlərin hücumuna məruz qalıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Front News” məlumat yayıb.
Nəşrin məlumatına görə, səfir itlərlə mübarizə aparmağa çalışıb, lakin yıxılıb ayağını sındırıb.
Yerli sakinlər ilk tibbi yardım göstərib və təcili yardım çağırıblar.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.