İranın hazırda ABŞ il heç bir müzakirəsi yoxdur Əraqçi

09.08.2026

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda İranın ABŞ ilə heç bir müzakirəsi yoxdur.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda jurnalistlərə açıqlamasında deyib.

“Hazırda İran və ABŞ arasında məlumat mübadiləsi vasitəçilər tərəfindən davam etməkdədir. Vasitəçilər yenidən müzakirənin aparılması üçün yollar tapmağa çalışırlar”, -deyə o qeyd edib.

Əraqçi deyib ki, İranın qənaətincə, ABŞ tərəfindən İslamabad anlaşma memorandumunun pozulması halları dayandırılmazsa və anlaşmanın pozulması ilə əlaqədar halları çıxılmazsa, müzakirələrin yenidən başlanması mümkün deyil.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

"Razılaşma olsa da, olmasa da İranın nüvə silahı olmayacaq"

Dünya

Ukrayna Silahlı Qüvvələri Məhəmməd Salahı əsir götürdü...

Dünya

Pentaqon silah şirkətlərinə 21 gün vaxt verib

Dünya

Xorvatiyada qatarlar toqquşub, 24 nəfər xəsarət alıb

Dünya

Türkiyə Ukraynaya 255 milyon dollarlıq ballistik raketlər satıb

Dünya

"İran hədəfimiz deyil' - Türkiyədən AÇIQLAMA

Dünya

Trampın kürəkəni Rusiyaya səfər edəcək

Dünya

Solovyov Rusiyada səfərbərlik xəbərinə görə qəzəbləndi və...

Dünya

Reuters: Wildberries satıcılarını kütləvi “sürprizlər” gözləyir...

Dünya

Çerniqov bölgəsində Belarusdan ikinci cəbhə açmaq mümkündür

Dünya

Putin Rusiyanın bəzi bölgələrinə uçmaqdan qorxur...

Dünya

Yeni “Pekin 1972”...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью