Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
İsrail mətbuatı, İrana qarşı həyata keçirilən ABŞ-İsrail hücumunda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdürrəhim Musəvinin də hədəf alındığını iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, "Kanal 12" televiziyası təhlükəsizlik mənbəyinə istinadən bildirib ki, İrana qarşı hücumlar bir neçə gün davam edəcək.
İrana qarşı zərbələrin "rejimə məxsus hədəflər və hərbi nöqtələr" üzərində cəmləşdiyi iddia edilən və bütün yüksək rütbəli İran liderlərinin də hədəfdə olduğu qeyd edilən xəbərdə, Baş qərargah rəisi Musəvinin hədəf alındığı irəli sürülüb.
İsrailin müdafiə naziri İsrael Kats İrana qarşı hücuma başladıqlarını bəyan etmiş və ölkə daxilində fövqəladə vəziyyət elan olunduğunu açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp da hücumlarla bağlı verdiyi açıqlamada "İrana qarşı böyük bir əməliyyat başlatdıq" demişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin