Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
İran hökumətinə məxsus təyyarə ABŞ-ın ölkə rəhbərliyinə zərbələr endirəcəyi ilə bağlı yayılan xəbərlər fonunda Moskvanın Vnukovo hava limanına eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Mash” telegram kanalı məlumat yayıb.
İlkin ehtimallara görə, təyyarənin göyərtəsində İran prezidenti Məsud Pezeşkian da ola bilər.
Eyni zamanda, Donald Trampın bu gecə bəyanatla çıxış edəcəyi gözlənilir.
Monitorinq kanallarının məlumatına görə, daha əvvəl Nikolas Maduronun saxlanılması əməliyyatında iştirak etmiş ABŞ təyyarələri Yaxın Şərq istiqamətində hərəkət edir.
Qeyd edək ki, Amerika KİV-ləri Vaşinqtonun İranda etirazları və dövlət binalarının ələ keçirilməsi prosesini stimullaşdırmaq məqsədilə güc strukturlarına və hakimiyyətin yüksək eşalonuna qarşı nöqtəvi zərbələr variantını nəzərdən keçirdiyini yazıb.
Bizim.Media