İranın Hörmüz mesajı qlobal xaosu yaxınlaşdırır

01.02.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İran-ABŞ qarşıdurması daha da kəskinləşir. Peyk görüntüləri İranın İsfahan və Natanzdakı nüvə obyektlərində yenidən fəallığın artdığını göstərir.

Sherg.az xəbər verir ki, Tehran Hörmüz boğazında real sursatla hərbi təlimlərə başlayaraq qlobal enerji bazarlarını silkələyə biləcək mesaj verir.

ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərib, CENTCOM İran İnqilab Keşikçilərini xəbərdar edib. İran tərəfi isə mümkün hücumun Hörmüz boğazının bağlanması ilə nəticələnə biləcəyini bildirir. Analitiklər xəbərdarlıq edir: boğazda gərginlik dünya neft bazarında ciddi sarsıntı yarada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью