Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu barədə "Reuters" vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb. Onların sözlərinə görə, hücumlar Tehranın Fars körfəzindən neft tədarükünün bərpasında iştirak edən infrastrukturu hədəf almaq qabiliyyətini nümayiş etdirib. Lakin zərərin dəqiq miqyası hələ məlum deyil və sistemlərin məhv edilib-edilmədiyi təsdiqlənməyib. Daha əvvəl İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun adadakı düşmən naviqasiya sistemlərinə hücum etdiyini və onları sıradan çıxardığını bildirib. Agentlik tərəfindən yayılan videogörüntülərdə adanın üzərində tüstü qalxır. Peyk görüntüləri həm də istilik aktivliyini qeydə alıb.
XQ