İranın hücumu zamanı ABŞ qırıcıları zədələnib

10.09.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İranın İordaniyadakı “Müvəffəq-Salti” aviabazasına zərbələri zamanı ABŞ-yə məxsus bir neçə hərbi təyyarə zədələnib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində bir “A-10 Thunderbolt” təyyarəsi qanadını itirib, səkkiz F-15 qırıcısı isə zədələnib. Mənbənin məlumatına görə, qırıcılar artıq yenidən döyüş sıralarına qaytarılıb. ABŞ hərbçilərinin həlak olması barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, İran sentyabrın 9-u İordaniya ərazisində yerləşən ABŞ-yə məxsus hərbi obyektlərə raket zərbələri endirib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Müvəffəq-Salti” və “Şahzadə Həsən” aviabazalarına hücum nəticəsində çox sayda ABŞ hərbçisinin yaralandığını iddia edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью