Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran KİV-ləri ölkənin cənubundakı sahilyanı Bəndər-Abbas şəhərində yaşayış binasında səbəbi məlum olmayan partlayışın baş verdiyini bildirib.
Turkustan.az xəbər verir ki, hadisə zamanı yüksək vəzifəli hərbi rəsminin hədəfə alındığına dair məlumatlar isə təkzib edilib.
Dövlət televiziyasının məlumatına görə, partlayış səkkizmərtəbəli binada baş verib, nəticədə iki mərtəbə tamamilə dağılıb, ətrafdakı bir sıra nəqliyyat vasitələri və mağazalara ziyan dəyib. Şəhərin cənubunda baş verən hadisə yerində xilasetmə və yanğınsöndürmə briqadaları yardım göstərmək üçün cəlb olunub.
İran KİV-ləri İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tənqsirinin qətlə yetirilməsi ilə bağlı yayılan xəbərləri də təkzib edib.
Yerli KİV başqa bir hadisə ilə bağlı isə bildirib ki, ölkənin cənub-qərbində yerləşən Əhvaz şəhərində qaz sızması nəticəsində baş verən partlayışda 4 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb. Yanğınsöndürmə və təcili tibbi yardım briqadaları hadisə baş verən əraziyə cəlb olunaraq xilasetmə işlərinə başlayıblar./teleqraf