Icma.az bildirir, Footbal-plus portalına istinadən.
İranlı sərbəst güləşçi İmam Əli Həbibi 94 yaşında dünyasını dəyişib.
"Football-plus.az" xəbər verir ki, 1956-cı ildə keçirilən Melburn Olimpiadasında 67 kq çəki dərəcəsində birinci olan Həbibi İran tarixində ilk olimpiya “qızıl”ını qazanmışdı.
Mərhum güləşçi üç dəfə (1959, 1961, 1962) dünya çempionu olub, 1958-ci ildə keçirilən Yay Asiya Oyunlarında da qızıl meydalı boynundan asıb. O, idman karyerasını bitirəndən sonra siyasi fəaliyyətlə məşğul olub.