İranın iqtisadiyyatının bir hissəsinə “SEPAH” ın terror təşkilatı elan edilməsinin siyasi və iqtisadi fəsadları olacaq

30.01.2026

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqı İran İnqilab Keşikçiləri Korpusunun SEPAH qolunu rəsmi olaraq terror təşkilatı elan etdi. Bu addım İranın Yaxın Şərqdəki strateji oyununa ciddi təsir göstərə bilər. Qərarın qəbul edilməsi həmçinin Avropa ilə Tehranın diplomatik və iqtisadi əlaqələrinə əlavə təzyiq yaradır. Ekspertlər bildirirlər ki, Avropa ölkələri indi təhlükəsizlik və kəşfiyyat sahəsində əməkdaşlığı daha da gücləndirməyə çalışacaq. İranda isə SEPAH-ın bu qərara reaksiyası və rəsmi-diplomatik qarşılıqlı addımların necə olacağı maraq doğuran suallardandır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, İranla bağlı məsələ xeyli müddət gündəmdədir və “SEPAH”-ın da terror təşkilatı elan edilməsi üçün də uzun müddətdir ki, iş aparılır.

Ceyhun Məmmədov

“İran bu gün ağır iqtisadi durumdadır. İranın iqtisadiyyatının bir hissəsinə “SEPAH” nəzarət edir və bu da təbii ki, bu prosesə öz mənfi təsirini göstərəcək. Yəni “SEPAH”-ın nəzərə alsaq ki, İran iqtisadiyyatına nəzarət edir, dünyanın müxtəlif yerlərində investisiyaları var və bu qərar bütün bunlara ciddi təsir göstərəcək. İqtisadi itkilərlə yanaşı, İranın imicinə və siyasi vəziyyətinə də çox ciddi təsirləri olacaq”-deyən deputat hesab edir ki, bunun çox ciddi təsirləri və fəsadları yaşanacaq və biz də bunu nəzərə almalıyıq.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью