İranın kəşfiyyatında ciddi sarsıntı Xamenei sistemi dəyişir

29.11.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın ali dini lideri Müctəba Xamenei ölkənin kəşfiyyat sisteminin genişmiqyaslı şəkildə yenidən qurulması barədə göstəriş verib.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın açıqlamasına istinadən məlumat yayıb.

İran parlamenti noyabrın 29-da kəşfiyyat sistemində islahatları nəzərdə tutan qanun layihəsinin əsas müddəalarını təsdiqləyib.

Yeni qanun layihəsi 1983-cü ildən qüvvədə olan qaydanın dəyişdirilməsini və din xadimi olmayan şəxslərin də kəşfiyyat naziri vəzifəsinə təyin edilməsini nəzərdə tutur.

Yeni tələblərə əsasən, namizədlər magistr dərəcəsinə, kəşfiyyat sahəsində peşəkar biliklərə və orta, yaxud yüksək rəhbər vəzifələrdə ən azı 10 illik iş təcrübəsinə malik olmalıdırlar.

İranın kəşfiyyat naziri İsmayıl Xətib 2026-cı il martın 18-də İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. Həmin vaxtdan bu vəzifəyə daimi nazir təyin edilməyib.

Qalibaf qanun layihəsinin Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməsindən dərhal sonra yeni nazirin təyin edilməsinin vacibliyini vurğulayıb.

“İran International” nəşrinin məlumatına görə, nazirliyin strukturunda daxili təhlükəsizlik və ideoloji məsələlər üzrə iki yeni qurumun yaradılması da nəzərdə tutulur. Bu qurumların rəhbərlərini birbaşa Müctəba Xamenei təyin edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью