İranın Kiprdə israillilərə hücum planının qarşısı alınıb

21.06.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin xarici işlər naziri Gideon Saar Aralıq dənizi adasında terrorda şübhəli bilinən şəxsi həbs edəndən bir neçə saat sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunu Kiprdə israillilərə hücum etməkdə ittiham edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Saar "X" sosial şəbəkə hesabında yazıb.

"Kipr təhlükəsizlik qüvvələrinin fəaliyyəti sayəsində, İsrail təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq nəticəsində terror hücumunun qarşısı alınıb. İsrail sürətli və effektiv hərəkətinə görə Kiprə təşəkkür edir", - deyə Saar qeyd edib.

O, həmçinin İranın “cinayətkar rejimini” “istər İsraildə, həm də xaricdə israilli mülki sakinləri qəsdən hədəfə almaqda” ittiham edib. “İsrail İran terror rejiminin yaratdığı ekzistensial təhlükəni aradan qaldırmaq üçün hərəkətə davam edəcək”, - deyə Saar əlavə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью