İranın Kirmanşah əyalətində SEPAH a hücum: Ölü və yaralılar var

30.06.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

İranın qərbindəki Kirmanşah əyalətində həyata keçirilən basqın zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki hərbçisi həyatını itirib, daha iki nəfər isə xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə xəbəri İranın "Mehr" informasiya agentliyi yayımlayıb.

Qeyd olunub ki, insident həftənin birinci günü axşam saatlarında Paveh şəhəri ərazisində qeydə alınıb. Hazırda hücumu gerçəkləşdirən şəxslərin kimliyi və hadisənin digər detalları üzrə araşdırmalar davam etdirilir. SEPAH tərəfindən bu insident terror hücumu kimi dəyərləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью