Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın Londondakı səfiri Seyid Əli Musəvi Tehranın "milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərlə məşğul olması" iddiası ilə Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Bakupost" xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ed Miliband bildirib.
"İranın cinayətkar şəbəkələr, proksi qruplar və dövlət tərəfindən maliyyələşdirilən zərərli fəaliyyətlər vasitəsilə Böyük Britaniyanın və onun beynəlxalq tərəfdaşlarının təhlükəsizliyini pozmaq üçün davamlı cəhdləri qəbuledilməzdir. İrana dəfələrlə Britaniyanın öz ərazisindəki təhdidlərə dözməyəcəyi barədə məlumat verilib. Bu gün mən bu mesajı tam şəkildə təkrarlamaq üçün İran səfirini XİN-ə çağırmağı tapşırdım", - deyə o qeyd edib.
Miliband İran adından düşmənçilik fəaliyyətlərinə töhfə verdiyinə və ya iştirak etdiyinə görə iki İran vətəndaşının da sanksiya siyahısına əlavə edildiyini açıqlayıb: "Britaniya hökuməti İranın hərəkətlərinə qarşı mübarizə aparmaq və milli təhlükəsizliyini qorumaq öhdəliyindən heç vaxt güzəştə getməyəcək. Biz İran İnqilab Keşikçiləri Korpusunu sanksiya siyahısına daxil etdik və həmçinin İranın zərərli fəaliyyətlərindən məsul şəxslərə ağır sanksiyalar tətbiq etdik".