İranın mərhum lideri Xamenei iyulun 9 da Məşhəd şəhərində dəfn olunacaq

22.06.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın mərhum ali lideri Əli Xamenei ilə bağlı vida mərasimlərinin yalnız ölkə daxilində deyil, İraqda da keçiriləcəyi açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Əli Xameneinin dəfn mərasimi üzrə qərargahın sözçüsü İman Əttarzadə məlumat verib.

Onun sözlərinə görə, İraqın müqəddəs Kərbəla və Nəcəf şəhərlərində vida mərasimlərinin təşkili yerli siyasi partiyaların, mədəniyyət nümayəndələrinin və qəbilə liderlərinin müraciəti əsasında qərara alınıb.

Xatırladaq ki, bundan əvvəl Tehran meri Əlirza Zəkani də mərasimlərin bir hissəsinin İraq ərazisində keçiriləcəyini bildirmişdi.

Məlumata görə, Əli Xamenei iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью