İranın məzlum xalqı üçün yeni ümid… Leyen

02.03.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın məzlum xalqı üçün yeni bir ümid var və biz onların öz gələcəyini təyin etmək hüququnu qətiyyətlə dəstəkləyirik.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib.

“Yeganə davamlı həll yolu diplomatik yoldur. Bu, İran üçün etibarlı bir keçid, həm nüvə, həm də ballistik proqramların qəti şəkildə dayandırılması və bölgədə sabitliyi pozan fəaliyyətlərə son qoyulması deməkdir”, - o bildirib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью