İranın Nəcəf uçuşlarına yaşıl işıq

03.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İran və İraq arasında hava əlaqəsi bərpa edilir.

XQ xəbər verir ki, İran aviaşirkətləri oktyabrın 4-dən etibarən Nəcəf Beynəlxalq Hava Limanına və oradan uçuşları bərpa edəcək.

İraq hökuməti İran aviaşirkətlərinə Nəcəf hava limanına gündəlik 40-dək uçuş həyata keçirməyə icazə verib. Bununla belə, aviasiya yanacağının təminatında yaranan problemlər səbəbindən ilk mərhələdə reyslərin sayının daha az olması gözlənilir.

Qeyd edək ki, qərar İran və İraq arasında hava əlaqəsinin müəyyən müddət dayandırılmasından sonra qəbul olunub. Uçuşların bərpasının əsas məqsədlərindən biri sərnişinlərin, xüsusilə zəvvarların iki ölkə arasında səfərlərini asanlaşdırmaqdır.

İraq tərəfi bildirib ki, Mahan Air bu icazədən kənarda saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью