İranın neft emalı zavodunda yanğın söndürülüb

11.07.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran mediasının yaydığı son məlumata görə, Lorestan əyalətinin Pol-Doxtar bölgəsindəki "Oxin Palayesh" neft emalı zavodunda baş verən güclü yanğın lokallaşdırılaraq söndürülüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Alovun zavodun əsas infrastrukturu və neft çənlərinə keçməsinin qarşısı alınıb.

"Yanğın yalnız tullantı yağlarının saxlanıldığı sahə ilə məhdudlaşıb", - məlumatda bildirilib.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, lakin zavoda ciddi maddi ziyan dəyib. İlkin ehtimallara görə, yanğına xammal sahəsindəki ehtiyatsızlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

*** 01:10

İranın Lorestan vilayətinin Pol-Doxtar şəhərində neft emalı zavodunda yanğın qeydə alınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, alovun qarşısı alınmayıb.

İlkin məlumatlara görə, yanğın xammal sexində baş verib. Səbəb kimi səhlənkarlıq versiyası istisna edilmir:

"Yanğının söndürülməsi işləri davam edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью