İranın neft kimya ixracının həcmi açıqlanıb

20.04.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü ilin oktyabr ayından 2025-ci ilin dekabr ayınadək olan 15 ay ərzində İranın neft-kimya ixracatı 150,6 milyard dollar, ümumi istehsal həcmi isə 37 milyon ton təşkil edib.

“Cebheinfo.az” xəbər verir ki,  İran Milli Neft-Kimya Şirkətinin yaydığı məlumatda belə deyilir.  Qeyd edilir ki, ölkənin valyuta ilə təminatında ixracatın payı əsas rol oynayıb. 

“Hazırlanmış strateji planlara əsasən, 2033-2034-cü illərə qədər İranın neft-kimya sənayesi 66 yeni layihənin həyata keçirilməsini və 45 yarımçıq layihənin tamamlanması hesabına istehsal gücünü 37 faizə qədər artırmağı nəzərdə tutur”, - deyə məlumatda vurğulanır.

İran Milli Neft-Kimya Şirkətinin açıqlamasına əsasən, 20 mart 2024-20 mart 2025-ci illərdə ölkənin istehsal gücü 96,6 milyon ton, satışdan əldə etdiyi gəlir isə 12,7 milyard dollar təşkil edib.

20 mart 2025-ci il-20 mart 2026-cı illərdə istehsal həcminin  100 milyon tona çatdığı bildirilir. İran Milli Neft-Kimya Şirkətindən verilən açıqlamada 20 mart 2028-20 mart 2029-cu illərdə istehsal gücünün 131,5 milyon tona, ixrac dəyərinin isə 26 milyard dollara çatdırılması proqnozlaşdırılır. 

2033-2034-cü illərin müvafiq dövründə istehsal gücünün 182,7 milyon ton, istehsal dəyərinin isə 46,4 milyard dollar təşkil etməsi nəzərdə tutulub. 

Bu məqsədlərə çatmaq üçün təxminən 246,1 milyard dollar məbləğində yeni investisiya tələb olunur. 14-cü hökumətin dövründə neft-kimya kopmpleksi üzrə xalis satışların 29,1 milyard ABŞ dolları təşkil etdiyi, məhsul ixracı əhəmiyyətli dərəcədə artdığı və nominal istehsal gücünün 100 milyon tona çatdığı bildirilir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью