İranın “neftsiz büdcə”yə hazırlaşır

13.11.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran “sıfır neft gəliri” ilə büdcə layihəsi hazırlamağa başlayıb.

Axar.az xəbər verir ki, bu haqda İranın Planlaşdırma və Büdcə Təşkilatının rəsmisi Məhəmməd Mehdi Qasımi deyib.

Onun sözlərinə görə, ABŞ-ın blokadasının davam edəcəyi təqdirdə 2027-ci ildə neft gəlirlərinin sıfra enməsi ssenarisinə hazırlaşmaq üçün İran rəsmilərinə müvafiq göstəriş verilib.

“Tehran hazırda maaşların, pensiyaların və digər zəruri xərclərin ödənilməsi üçün alternativ yollar axtarır. İran hökuməti uzunmüddətli neft gəlirləri böhranına qarşı rəsmi hazırlıq görür”, - Qasımi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью