Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ və İsrailin hücumları nəticəsində İranın Natannz şəhərində yerləşən nüvə obyektinə ziyan dəydiyi bildirilir.
Redaktor.az xəbər verir ki, CNN peyk görüntülərinə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ-İsrail hücumlarından sonra Natanz şəhərindəki nüvə obyektində bir neçə bina zədələnib.
Məlumata görə, sözügedən tikililər işçilər və nəqliyyat vasitələri üçün yeraltı qurğulara giriş nöqtəsi kimi istifadə oluna bilərdi.
Dünən MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, agentlik Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla, İranın heç bir nüvə obyektində ziyan və ya hücum əlaməti qeydə almayıb.
Aminə ŞAHSUVARQIZI