“İranın nüvə obyektləri və bazaları hədəflər arasındadır” ABŞ generalı

05.04.2025

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İranın nüvə obyektlərinə və əsas hərbi mərkəzlərinə hücum üçün hərtərəfli plan var”.

Bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş komandanı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru David Petreus deyib.

ABŞ ordusunun İranın nüvə proqramına qarşı əməliyyatlar keçirməyə hazır olmasına toxunan Petreus bildirib ki, bu cür əməliyyatlar təkcə nüvə infrastrukturunu deyil, həm də İranın hava hücumundan müdafiə və raket bazalarını hədəfə alacaq və məhv edəcək.

O, bu planın təxminən 15 il əvvəl yaradıldığını və mütəmadi olaraq yeniləndiyini də vurğulayıb. 

"AzPolitika.ifnfo"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью