İranın nüvə obyektləri vurulacaq? Katz işarə etdi

11.11.2024

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın nüvə obyektləri daha həssas vəziyyətə düşüb ki, bu da İsrailin mövcudluğuna təhlükəni aradan qaldırmağa imkan verir.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri İsrailin yeni müdafiə naziri İsrail Katz Baş Qərargah rəisi Herzi Halevi və israilli generallarla görüşdə deyib.

“Əsas vəzifələrdən biri İrandır. İran bu gün öz nüvə obyektlərinin zədələnməsinə həmişəkindən daha həssasdır. İndi ən mühüm vəzifəyə nail olmaq imkanı var - İsrail dövlətinin məhv edilməsi təhlükəsini aradan qaldırmaq, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq”, - Katz bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью