İranın nüvə obyektlərində yoxlamalar tezliklə bərpa olunacaq

08.09.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi yaxın günlərdə agentlik müfəttişlərinin İranın nüvə obyektlərinə girişinə icazə verilməsinə dair İranla sazişin yenilənəcəyi haqqında danışıb.


Missiya.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"İrəliləyiş əldə olunub. Ümid edirəm ki, yaxın günlərdə biz İranla davamlı işin bərpasına dair danışıqlarda uğurlu nəticə əldə edə biləcəyik", - o deyib.

İlahə Qənbərli
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью