İranın nüvə obyektlərinə hücum təxirə salınıb

18.04.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


ABŞ prezidenti Tramp Ağ evdə İranla bağlı cari hadisələri dəyərləndirib.
Reyting.az
xəbər verir ki, Tramp İsrailin İranın nüvə obyektlərinə mümkün hücum planını “təxirə salması” ilə bağlı xəbərlərlə aydınlıq gətirib.
"Mən bunu təxirə saldım", - deməzdim, amma bunu etməyə tələsmirəm. Düşünürəm ki, İranın böyük bir ölkəyə sahib olmaq və xoşbəxt yaşamaq şansı var, bunun baş verməsini istərdim", - Tramp qeyd edib.
İranın nüvə razılaşmasına razı olmadığı təqdirdə ikinci variantın gündəmə gələcəyini bildirən Tramp deyib ki, bu, İran üçün çox pis olacaq:
"Fikrimcə, İran danışmaq istəyir. Danışsalar, onlar üçün çox yaxşı olar".
Tramp İrana zərər vermək istəmədiyini, lakin İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyini təkrarlayıb: "Həqiqət sadədir, biz onların sənayesini və ya ərazilərini ələ keçirmək istəmirik. Bizim dediyimiz tək şey budur ki, nüvə silahına sahib ola bilməzsən".
"New York Times" qəzeti İsrailin gələn ay İranın bəzi nüvə obyektlərinə hücum etməyə hazırlaşdığını, lakin bu planın Tramp tərəfindən təxirə salındığını iddia edib.
Y. QACAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью