İranın nüvə proqramı ciddi ziyan görüb

09.07.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın nüvə proqramının bütün əsas komponentlərinə ciddi ziyan dəyib.
Missiya.Az 
xəbər verir ki, bunu Fransanın xarici kəşfiyyat agentliyinin rəhbəri Nikolas Lerner deyib.

Lernerin sözlərinə görə, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatının yalnız bir hissəsi həmin hücumlarda məhv edilib, ancaq qalan ehtiyatların dəqiq yeri hələ müəyyənləşdirilməyib. O, əlavə edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişləri İrana qayıtmadan vəziyyətə tam aydınlıq gətirmək mümkün deyil.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью