İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun SON QƏRARI KONKRET

13.07.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton İranın nüvə proqramı üzrə razılaşmaya açıq olduğunu düşünür.

KONKRET.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti ABŞ administrasiyasındakı mənbəyə istinadən yazıb. Məlumata görə, Tramp administrasiyasının rəsmiləri hesab edir ki, ABŞ və İsrailin son hərbi zərbələri cari danışıqlara nöqtə qoysa da, İran diplomatik razılaşmaya hələ də açıqdır.

Amerikalı rəsmilərin fikrincə, Tehran danışıqlar masasına qayıtmağa maraqlıdır və bu, hələ də mümkün görünür. Müzakirələrə qayıdış ehtimalı İranın nüvə silahı əldə etməsinin qarşısını almaq baxımından həlledici məqam hesab olunur.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью