İranın nüvə proqramı üzrə ikinci cəbhə dən danışıqlar başlayıb

25.04.2025

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Çinin "Xinhua" xəbər agentliyinin məlumatına görə, tərəflərin dünən baş tutan görüşündə İranın nüvə proqramının siyasi və diplomatik həlli prosesində BAEA-nın roluna dair müzakirələr aparılıb.
Müzakirələrə Çinin BAEA-dakı daimi nümayəndəsi Li Sonq, rusiyalı həmkarı Mixail Ulyanov və iranlı həmkarı Rza Nəcəfi ilə yanaşı agentliyin Baş direktoru Rafael Qrossi də qoşulublar.
"Çin və Rusiya İranın BAEA ilə dialoq və əməkdaşlığının gücləndirilməsinə dəstəkçidir", - Li Sonq bildirib.
ABŞ-İran atəşi nəyi necə yandıracaq?
Xatırladaq ki, İran özünün nüvə proqramı ilə əlaqədar ABŞ ilə də danışıqlara yenidən başlayıb. Bu danışıqların ilk iki mərhələsi Omanın paytaxtı Məsqət və İtaliyanın paytaxtı Roma şəhərlərində baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir. Növbəti mərhələnin isə bu şənbə günü yenidən Omanda baş tutacağı gözlənilir.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью