İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir

25.06.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İsrail Müdafiə Ordusu İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirməyin hələ tez olduğunu hesab edir.

Bakıvaxtı.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun nümayəndəsi Efi Defrin bildirib.

"Biz qarşımıza qoyulan bütün tapşırıqları, hətta daha artığını yerinə yetirdik. Lakin hələ nəticə çıxarmaq üçün çox tezdir", - o vurğulayıb.

E.Defrin qeyd edib ki, ilkin qiymətləndirmələrə görə, ziyan ciddidir: "Deyə bilərəm ki, biz İranın nüvə proqramını həyata keçirməsini uzun müddətlik təxirə saldıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью