Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranın sabah, altı aydan və hətta bir ildən sonra belə, nüvə silahı yarada bilməyəcəyini deyib.
“Cebheinfo.az”-ın məlumatına görə, C.D. Vens bu barədə “Newsmax”-a müsahibəsində danışıb.
Vense ABŞ qüvvələrinin böyük taktiki zərbə ilə İranın üç nüvə obyektini məhv etdiyini bildirib. Vitse-prezident əlavə məlumat verməyib. O, həmçinin qeyd edib ki, ABŞ-nin əməliyyatının məqsədi onların proqramlarını bərpa edə bilməmələrini təmin etmək olub
Ceyms Devid Vensin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranın iki, üç və ya on il sonra da nüvə silahı yarada bilməmələrini təmin etməyə çalışır.
Vens bəyan edib ki, İran ABŞ-nin nüvə proqramına hücumuna cavab olaraq beynəlxalq gəmiçiliyə qarşı terror həyata keçirir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin