İranın nüvə silahı proqramına dair sübut yoxdur”

18.06.2025

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri İranın nüvə silahı proqramına malik olduğuna dair sübutlar tapmayıblar”.

Bunu BAEA-nın baş direktoru Rafael Qrossi “Bloomberg”ə açıqlamasında deyib.

Eyni zamanda o, hələ də narahatlıq üçün əsasların mövcud olduğunu vurğulayıb:

“Biz müfəttişik, siyasi analitik və ya hökumət rəsmisi deyilik. Ona görə də nüvə silahının yaradılması üzrə aktiv proqramın mövcudluğunu bəyan etmək üçün bizə konkret dəlillər lazımdır. Bu cür sübutlara indiyədək rast gəlməmişik”, – Qrossi bildirib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью