İranın ölüm hökmü: bu ölkələr bədəl ödəyəcək Proqnoz verildi

21.03.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ və İsrailin İran neft yatağına hücumuna görə bütün Fars körfəzi ölkələri bədəl ödəyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skott Ritter deyib.

Onun sözlərinə görə, Tehran həmişə nəticələr barədə xəbərdarlıq edib və heç vaxt blef etməyib:

“Bu, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Bəhreyn və bu hücumda rol oynayan hər hansı bir ölkə üçün ölüm hökmüdür”.

Ritter hesab edir ki, İran hakimiyyəti Fars körfəzi ölkələrini ABŞ və İsrailə qarşı fəal şəkildə müqavimət göstərməyə məcbur edə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью