İranın Pakistanla bağlı planı var Pezeşkian açıqladı

03.08.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Pakistanla ticarət həcmini  üç dəfədən çox, yəni 3 milyard dollardan 10 milyard dollara çatdırmağı planlayırıq”.

Globalinfo.az xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.

O, bu barədə Pakistana səfəri zamanı danışıb.

“İran və Pakistan bir sıra sektorlarda sazişlər bağlayıb. Tərəflərin imzaladığı sazişlər ticarət, mədəniyyət, turizm, logistika, elm və təhsil sahələrində əlaqələrin gücləndirilməsinə kömək edəcək”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью