İranın PUA daşıyan gəmisi batırıldı

02.03.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


İranın pilotsuz uçuş aparatları daşıya bilən “Şəhid Bağeri” hərbi gəmisinin batırıldığı iddia olunur.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Hərbi gəminin batırılması xəbəri rəsmi olaraq hələ ki təsdiqlənməyib.

Qeyd edək ki, “Şəhid Bağeri” hərbi gəmisi 2025-ci ildə təqdim olunub. Bu gəmi mülki gəmi bazasında yığılıb və daha əvvəllər ticarət konteyner gəmisi olub. Sonradan hərbi məqsədlər üçün yenidən qurulub. Onun əsas özəlliyi çoxsaylı PUA-ları daşımaq və eyni zamanda kəşfiyyat xarakterli dronların idarə olunması üçün avadanlıqla təchiz edilməsidir. Əlavə yanacaq tələb etmədən uzun məsafələr qət edə bilən gəmi ABŞ-İran gərginliyi fonunda bölgəyə göndərilmişdi .

Asena,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью