Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bunu İranın Misirdəki səfiri Muctəba Firdovsi Pur deyib.
Onun sözlərinə görə, ABŞ yalnız hərbi sahədə deyil, həm də qlobal iqtisadiyyat, enerji və valyuta sahələrində uduzub. Səfir qeyd edib ki, dollarla hesablaşmaların azalması da bunu göstərir.
“ABŞ həm döyüş meydanında, həm də iqtisadi və enerji sahələrində məğlub olub. Onlar uduzublar, lakin indi danışıqlar masasında və diplomatiya yolu ilə qalib gəlməyə çalışırlar”, – deyə diplomat bildirib.
Firdovsi Pur əlavə edib ki, İran ona qarşı həyata keçirilən hücumlardan sonra danışıqlar aparmaq məcburiyyətində deyil və əks tərəfdən istədiklərini tələb etmək haqqına malikdir.
Qadir, Bizimyol.info