İranın Qərbi Azərbaycan əyalətində 65 məktəbli dəm qazından zəhərlənib

15.02.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Qərbi Azərbaycan əyalətinin Sayınqala (farslaşdırlaraq Şahindej adlanıb) şəhərində Pərvin Ehtəsami adına orta məktəbdə 65 şagird zəhərlənib.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Qərbi Azərbaycan əyaləti Təhsil İdarəsinin baş direktoru Əli Mütərərri hadisəni təsdiqləyib.

Onun sözlərinə görə, zəhərlənən məktəblilər tibb məntəqələrinə yerləşdirilib. Onların bir qisminin axşam saatlarında evə buraxılacağı gözlənilir.

Baş direktor məktəblilərin dəm qazından zəhərləndiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью