İranın Qətərə hücumu: ölü sayı açıqlandı

02.03.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ–İsrail hərbi əməliyyatları fonunda İranın hücumları nəticəsində Qətərdə indiyədək 20 nəfər yaralanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü CNN-ə bildirib.

Məcid Əl-Ənsari xəsarətlərin əsasən yüngül olduğunu və Qətərin çox minimal ziyana səbəb olan bu hücumların əksəriyyətinin qarşısını ala bildiyini qeyd edib.

O əlavə edib ki, ölkəyə 100-dən çox raket və onlarla dron atılıb, hücumlar təkcə ABŞ qüvvələrini deyil, həm də beynəlxalq hava limanı da daxil olmaqla, kommersiya, mülki və hərbi infrastruktur obyektlərini hədəf alıb.

Əl-Ənsari əlavə edib ki, Qətər hazırda İranla danışıqlar aparmır və bu cür hücumlar cavabsız qalmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью