İranın regiondakı ən böyük qorxusu: Musəvi Qriqoryana AÇIQLADI

30.08.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Regionda xarici qüvvələrin olması narahatlığımızın əsas səbəbidir”.

Globalinfo.az xəbər verir ki, bunu  İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib.

O, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının regiona sülh və təhlükəsizlik gətirəcəyini və İranın bu tendensiyanı həmişə alqışladığını vurğulayıb.

Musəvinin fikrincə, regiondankənar güclərin, o cümlədən ABŞ-ın mövcudluğu regionda əsas narahatlıq mənbəyidir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi də öz növbəsində iki ölkə arasında imzalanmış sazişləri dəyərləndirib və Ermənistanın Zəngəzur dəhlizi üzərində öz milli suverenliyini qoruyub saxlamasının vacibliyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью