İranın Rusiyaya göndərməyə hazırlaşdığı silahsursatın yeni görüntüləri yayıldı

05.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İranın "İveco" şassisi əsasında yük maşınları kimi maskalanan və Rusiyaya göndərilmək üçün hazırlanan "Fəth-360" raket qurğuları və "Arman" taktiki raketdən müdafiə sistemlərinin yeni görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, fotoları "Azad İran" "Telegram" kanalı paylaşıb.

Məlumata görə, Rusiyaya bu sistemlərdən əlavə müəyyən optik-elektron sistem də veriləcək.

Bildirilib ki, silahlar arasında İranın "Sepehr-14" optik-elektron izləmə və atəşə nəzarət sistemi də var. Bu cür sistemlərin mənfi cəhəti isə pis hava şəraitində işləməməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью