İranın SEPAH hərbi gəmilər üçün yeraltı bazasını nümayiş etdirib | Icma.az
Icma.az, Bizimyol saytına istinadən bildirir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İranın silahlı qüvvələrin elit bölmələri) Hərbi
Bizimyol.info xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti tərəfindən video yayımlanıb.
Verilşdə qeyd edilib ki, baza Fars körfəzi sahilində yerin dərinliklərində yerləşir və mürəkkəb uzun tunellər sisteminə malikdir.
Bazanın yerləşdiyi dərinlik 500 m-ə çatır. Tanqsiri bu quruluşu "yaxşı qorunan yeraltı gəmilər şəhəri" adlandırıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami: “Bu gün əziz İran xalqının gördüyü bu kompleksin özü böyük və əzəmətli kompleks olsa da, SEPAH Hərbi Dəniz Qüvvələrinin ümumi müdafiə gücü ilə müqayisədə onun kiçik bir hissəsidir”, - deyib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin döyüş və müdafiə qabiliyyətinin getdikcə artan hazırlığına toxunaraq Korpusun rəhbəri Hüseyn Salami: “Bu gəmilərin və onlara yerləşdirilən raket sistemlərinin döyüş gücü bu gün Fars körfəzində, bu mavi suların genişliyində, İslam vətənimizin su sərhədlərinin suverenliyi və müdafiəsi üçün vəzifəsini həyata keçirən çoxsaylı döyüş gəmilərinə əlavədir, həmçinin Fars körfəzi və Hörmüz boğazının ada və sahillərində yerləşən və tapşırıqları yerinə yetirməyə hazır olan gəmilər və raket qurğuları və digər imkanlardan əlavədir”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu