Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
Tehran Hörmüz boğazının açılmasının müzakirəsindən imtina edib
“Tehran ABŞ onun tələblərini yerinə yetirənə qədər Hörmüz boğazının açılmasını müzakirə etmək niyyətində deyil”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Əraqçinin sözlərinə görə, bu şərtlər yerinə yetirilmədən boğaz və onun açılması məsələsini müzakirə etmək mənasızdır.
Nazir həmçinin tərəflər arasında vasitəçilər vasitəsilə məsləhətləşmələrin müntəzəm olaraq aparıldığını da açıqlayıb.
Hörmüz boğazı ilə bağlı Oman nümayəndələri ilə sonuncu söhbət dörd gün əvvəl baş tutub. Əraqçi əlavə edib ki, Qətər nümayəndə heyəti bir gün əvvəl səfər edib və vasitəçilər vasitəsilə fikir və təklif mübadiləsinin davam etdiyini vurğulayıb.