İranın Suriyadakı səfirliyi işini bərpa etdi KONKRET

11.12.2024

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəşşar Əsəd devrildikdən sonra Suriyanın paytaxtı Dəməşqdə İran hakimiyyəti səfirliyinin işini bərpa edib.

KONKRET.az xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) teleqram kanalı yayıb.

Bildirilib ki, diplomatik missiya gündəlik adi iş rejimində fəaliyyət göstərir.

Xatırladaq ki, dekabrın 7-də İran səfirliyinin əməkdaşları təxliyə edilmişdi.

Başqa bir məlumata əsasən, Suriyadakı “Heyəti-Tahrire-Şam”ın rəhbəri Əbu Məhəmməd əl-Colani Qətər vasitəsi ilə Tehran hakimiyyətinə “ümumi islam prinsipləri əsasında” əməkdaşlıq etməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью