İranın Trampla bağlı hazırladığı video gündəm oldu VİDEO

23.04.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İran nümayəndə heyəti danışıqlara nümayəndə heyəti göndərməyəcəyini açıqladıqdan sonra Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. 

Ardınca İran tərəfi sosial mediada paylaşılan süni intellekt videosu ilə ABŞ prezidentini bir daha hədəfə alıb.

Videoda Donald Tramp və onun nümayəndə heyətinin danışıqlar üçün ayrılmış otaqda İran tərəfini gözlədiyi səhnələr yer alıb.

Görüntülərdə İran nümayəndə heyətindən heç kimin zala gəlmədiyi, Trampın sosial mediada "İranla əla danışıqlar aparırıq" yazdığı paylaşımın isə göstərildiyi görünür. Daha sonra Trampın "İran gəlməsə, onları bombalayacağıq" ifadəsinə istinad edilir.

Sözügedən video qısa müddətdə sosial şəbəkələrdə böyük marağa səbəb olub.

"AzPolitika.info"


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью