İranın Türkiyə ilə bağlı xoşagəlməz təklifi ABŞ razılaşdı

04.02.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tramp administrasiyası Tehranın Türkiyədə keçirilməsi nəzərdə tutulan nüvə proqramı ilə bağlı danışıqları Omana köçürmək tələbinə razılıq verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

“Görüşün cümə günü keçirilməsi gözlənilir. Regiondakı ərəb və müsəlman ölkələrinin Oman görüşündə iştirak edib-etməməsi müzakirə olunur”, – məlumatda bildirilir.

Qeyd edək ki, İran ABŞ-dan cümə günü keçiriləcək danışıqların yerini və formatını dəyişməyi tələb etmişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью