İranın uran ehtiyatlarının müsadirə edilməsi üçün ABŞ ın 672 milyon dollara ehtiyacı var

25.06.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABÇ prezidenti Donald Trampın administrasiyası İranın zənginləşdirilmiş uranından istifadəsinin ləğvi və nüvə obyektlərində yoxlamalar aparmaq üçün 672 milyon dolların ayrılmasını tələb edir.

Bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, bu məbləğ Pentaqon rəhbəri Pit Heqsetin ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvlərinə bildirdiyi ümumi 80 milyard dollarlıq əlavə maliyyələşdirmə tələbinin bir hissəsidir.

“Fox News” xəbər verir ki, administrasiya bu vəsaiti İrana qarşı hərbi əməliyyatın xərclərini ödəmək və ABŞ sursat ehtiyatlarını doldurmaq üçün tələb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью