İranın vitse prezidenti: İnternetdə baş verən fasiləyə görə ictimaiyyətdən üzr istəyirik

29.01.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Prezidentinin Elm, Texnologiya və Biliklərə Əsaslanan İqtisadiyyat üzrə köməkçisi Hüseyn Afşin 8 yanvardan bəri baş verən internet kəsintilərinə görə vətəndaşlardan üzr istəyib.

Turkustan.az xəbər verir ki, İran Gənc Jurnalistlər Klubu Xəbər Agentliyinə (YJC) danışan Afşin ölkədə internet bağlantısının vəziyyətini müzakirə edib.
Afşin internet kəsintilərinin xüsusilə rəqəmsal iqtisadiyyatda fəaliyyət göstərən informasiya əsaslı şirkətlərə və firmalara zərər verdiyini bildirib və əlavə edib: "Bu dövrdə yaşanan kəsintilər və pozuntulara görə şirkətlərimizdən üzr istəyirik".
Afşin, internetə çıxış problemləri səbəbindən işləri pozulan universitet müəllim heyəti və tədqiqatçılarından da bəhs edərək, "Bu dövrdə bəzi doktorant tələbələrin dissertasiya müdafiələri internet kəsintiləri səbəbindən təxirə salındı. Yaranan bu narahatçılığa görə akademik ictimaiyyətdən səmimi qəlbdən üzr istəyirik" dedi.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью