İranın vitse prezidentinin həyat yoldaşı qəzada öldü

30.11.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın vitse-prezidentinin həyat yoldaşı Esmaila Səqab Əsfahani Qərmsar-Tehran avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, qəza Tehran ətrafında baş verib və qadın hadisə yerində ölüb. Qəza zamanı avtomobildə olan üç övladı və vitse-prezidentin həyat yoldaşının atası xəsarət alaraq Qərmsar şəhərindəki tibb mərkəzinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildiyi bildirilir.

Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью