İranın vitseprezidenti: Trampın rəhbərliyi altında ABŞlə dialoqa hazırıq

02.12.2024

Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Operativ Media" xəbər verir ki, bunu İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif deyib.

"Qərb ölkələri İrana təzyiq etmək əvəzinə müsbət addımlar atmalıdır. Nüvə sazişi [belə tədbirlərin] unikal nümunəsi idi və Qərb onu canlandırmaq üçün səy göstərməlidir. Onun bərpasına nail olmaq üçün konkret əməli tədbirlər görməyə doğru irəliləməlidir. İranın faydalanacağı siyasi, hüquqi və investisiya qərarları da daxil olmaqla, Tramp belə addımlar atmağa qərar verərsə, İran həm Tehran, həm də Vaşinqtonun xeyrinə olacaq dialoqa hazır olacaq", - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью